Qaraciyər xəstəliklərində qidalanma və pəhriz

qaraciyər xəstəliklərində qidalanma

Məqalədə olanlar

İnsan bədəni orkestr kimi bir-biri ilə əlaqəli hissələrdən ibarətdir. Hər orqan vacib bir musiqi aləti kimidir. Qaraciyər isə bu orkestrda baş pianist kimidir. Amma çox vaxt qaraciyəri yüklənmiş və yorulmuş halda görürük. Yağlı yeməklər, spirtli içkilər, hətta stress belə bu vacib orqanı çətin vəziyyətdə qoyur. Qaraciyər xəstəliklərinin bir neçə növü var. Bəziləri xüsusi bir pəhriz rejimi tələb etməyə bilər. Lakin xronikiləşmiş və qaraciyər çatışmazlığı kimi hallarda qidalanma vacibdir. Bəs qaraciyər xəstəliklərində qidalanma və pəhriz necə olmalıdır?

Viral hepatitlər aşkarlandıqda qidalanma

Viral hepatitlərin olduğu vəziyyətdə pəhriz pasiyentin simptomlarına və qidalanma vəziyyətindən asılı olaraq dəyişir. Alkoqol, dərman və qida əlavələri hepatitli pasiyentlərin qaraciyərinə zərər vurduğu üçün dərhal istifadəsi dayandırılmalıdır. Bəzi pasiyentlərin isə hər hansı bir pəhrizə ehtiyac olmaya bilər.

Alkoqol nəticəsində yaranan qaraciyər xəstəliyində qidalanma necə olmalıdır?

Alkoqol səbəbi ilə yağlanma (Steatosis): bu mərhələdə alkoqoldan imtina edilməli, pəhriz və idmanın mərkəzdə olduğu bir həyat tərzi mənimsənilməlidir. Ağır çəkili pasiyentlər ideal bədən ağırlığına çatmalı, normal çəkidə olanlar isə qidalanma əskikliyini tamamlayaraq çəkilərini qorumalıdırlar.

Alkoqolik Hepatit: bu xəstəliyə sahib olanların əksəriyyətində qidalanma əskikliyi görülür və qaraciyəri qoruma pəhrizi tətbiq edilir. Çünki spirtli içkilərdən istifadə nəticəsində pasiyent öyünləri vaxtında dəyərləndirmir və lazımi qida qəbulunu həyata keçirmirlər. Bu insanlar adətən yaşıl tərəvəz və meyvələrdən istifadə etmir, çünki alkoqol bədənə enerji verir və insanı tox hiss etdirir. Lakin bu enerji boşdur və bədənə heç bir fayda vermir. Bu səbəblə pasiyentin zəngin protein tərkibli pəhriz etməsi tövsiyə edilir. Bu halda heyvanlardan yox, bitkilərdən alınan protein (mərci, lobya, noxud və s.) daha üstün sayılır. Həmçinin sümüklər üçün süd və süd məhsullarının istifadəsi də vacibdir. Alkoqolik hepatitin müalicəsində ən vacib nüans spirtli içki qəbulunun tamamilə dayandırılmasıdır.

Alkoqolik Serroz: edilən araşdırmalar göstərir ki, serroz xəstələrinin 80-100%-inin qidalanma əskikliyi var. Bu səbəblə doğru qidalanmaya təşviq edilməsi müalicə prosesinin vacib bir mərhələsidir. Serroz bu tip xəstələrdə daha qarışıqdır. Belə ki, bu halda əzələ itkisi hədsiz çox olur və bu itkinin bərpa olunması və irəliləməsinin qarşısını almaq lazımdır. Serroz xəstələri adətən protein miqdarı az olan pəhrizdə olurlar. Bu da bədənin əzələ kütləsinin azalmasına gətirib çıxarır. Bu halda gündə ən az iki ədəd yumurtanın ağının yeyilməsi tövsiyə olunur. Həmçinin  bu xəstələrdə qan şəkərinin azalması tez-tez müşahidə olunur. Bu hal beyin funksiyalarına mənfi təsir edir.

Serroz xəstələrinin aclığa dözümü normal insanlarla müqayisədə daha azdır. Bu səbəblə serroz xəstələrinin uzun müddət ac qalmaması məsləhət görülür. Gündə üç əsas, üç ara öyün yemək tövsiyə olunur. Yatmazdan əvvəl qida qəbul etmək qan şəkərinin düşməsini əngəlləyir və olduqca faydalıdır. Serroz xəstələrinin müalicəsində də ən vacib nüans spirtli içki qəbulunun tamamilə dayandırılmasıdır. Əgər varsa, gastrit, mədə bulantısı və qusma müalicə olunmalıdır.

Avropa qidalanma dərnəyinin serroz xəstələri üçün ümumi qidalanma tövsiyələri aşağıdakı kimidir:

  • Gündəlik enerji qəbulunuz hər kilonuz üçün 30 kalori olmalıdır.
  • Gündəlik protein qəbulu hər kilonuz üçün 1-1.5 qram olmalıdır. Bu miqdarı hesablayarkən kilonuza vurun. Qidalardakı protein miqdarını ölçmək üçün bilməlisiniz ki, 100 qram balıqda 18-20 qram, yağsız qırmızı ətdə 20 qram, toyuq ətində 18-23 qram, bir yumurtada isə 12 qram protein olur. 
  • Lazımsız pəhriz etməməlisiniz

Duzu az olan pəhrizi (<2g/gün) təkcə qarında su toplanması və şişlik halında tətbiq edə bilərsiniz.

Mikronutrient çatışmazlığı

Mikronutrient vitaminləri və digər elementləri (sink, selenium, molibden və s.) öz içində toplayır.  Alkoqolik qaraciyər xəstəliyi olanlar adətən yağda həll olan (Vitamin A, D, E, K) və suda həll olan (B və C vitamini) vitaminlərin əskikliyini yaşayırlar. Bunun səbəbi isə nizamsız pəhriz, tez-tez qarından maye qəbulu və sidikqovucu dərmanlardır.

Folat çatışmazlığı: folat çatışmazlığı spirtli qaraciyər xəstəliyi olan insanlarda rast gəlinir. Spirt istehlakı folat istehsalını azaldır və xüsusilə qırmızı ətdən az istifadə bu vəziyyətə səbəb olur.

Suda həll olan vitamin çatışmazlıqları: Tiamin (vitamin B1) çatışmazlığı şüurda müxtəlif dəyişikliklər meydana gətirən spirtli qaraciyər xəstəliyinə səbəb ola bilər. Həmçinin B12 vitamin çatışmazlığı tez-tez rast gəlinir. Buna görə də, ağırlaşmanın qarşısını almaq üçün B1 və B12 vitaminlərinin çatışmazlığı müalicə edilməlidir.

Yağda Həll Olan Vitamin Çatışmazlıqları: Öd turşusu ifrazının aşağı olması, qida qəbulunun azalması və qaraciyərin fəaliyyətsizliyi kimi amillər yağda həll olunan vitaminlərin çatışmazlığına səbəb olur. Alkoqol və A vitaminini parçalayan fermentlər oxşar olduğundan, həddindən artıq spirt istehlakı A vitamini səviyyəsini azaldır. Bununla belə, ümumiyyətlə, alkoqollu qaraciyər xəstələri üçün D vitaminindən başqa yağda həll olunan vitaminlər üçün xüsusi əlavə tövsiyələr yoxdur. Bununla belə, spirtli içki qəbulu ilə yanaşı, A vitamini ilə zəngin qidaların (kök, süd məhsulları, yumurta və s.) istehlak edilməsi məsləhət görülür.

Digər Qida Elementləri Çatışmazlıqları: Spirtli qaraciyər xəstəliyi olan insanlar, xüsusilə sidikqovucuların istifadəsi səbəbindən sink və maqnezium səviyyələrində azalma müşahidə olunur. Bundan əlavə, yağlı ishal səbəbi ilə kalsium, sink və maqneziumun bədən tərəfindən udulması azala bilər.

Qidalanma yağları: Tədqiqatlar sübut etdi ki, pəhriz yağlarının növü alkoqollu qaraciyər xəstəliyinin inkişafına həlledici təsir göstərir. Aralıq dənizi pəhrizinin vazkeçilməz elementləri olan Omeqa-3 balıq yağı və zeytun yağı iltihabı qıcıqlandırmadığı üçün qaraciyər yağlanmasına qarşı faydalıdır.. Ancaq unutmayın ki, bu yağlar həddindən artıq deyil, balanslı şəkildə istehlak edilməlidir. Çünki zeytun yağı və balıq yağı nə qədər faydalı olsa da, yağlıdır və gündəlik tələbatdan artıq istehlakı zərərli ola bilər.

Kofein və kofe: Kofeinin qaraciyərə qoruyucu təsiri bir çox araşdırma ilə sübut olunmuşdur. Alkoqollu qaraciyər xəstəliyi yeridilən siçanlara kofein verildikdə qaraciyər toxumasında iltihabın azalması müşahidə edilmişdir. Qəhvənin nə qədər içilməsi məsələsi isə hələ də mübahisəlidir. Tədqiqatlar göstərdi ki, ən azı üç stəkan filtrli qəhvə istehlak etmək ümumi ölüm nisbətini 15%-ə qədər azaldır. O, həmçinin qaraciyər serrozu və qaraciyər xərçəngi riskini azaldır və tərkibindəki polifenol birləşmələri ilə qaraciyərin zədələnməsinin qarşısını alır. Lakin bu xüsusiyyət işlənmiş qəhvələrdə yoxdur. Qəhvəni şəkər və süd əlavə etmədən istehlak etmək tövsiyə olunur.

Enteral Qidalanma (Qidalanmaya Dəstək Məhsulları): Alkoqollu qaraciyər xəstələrinin əksəriyyəti qidalanma ehtiyacını normal qidalanma yolu ilə ödəyə bilmir, bu halda əlavə qida dəstəyinə ehtiyac duyurlar. Ağızdan qidalanmaya dəstək məhsullarının istifadəsi venadaxili qidalanmaya görə daha qənaətcil, praktik və daha az riskli hesab olunur.

Qaraciyər yağlanması (Spirtlə əlaqəsi olmayan qaraciyər xəstəliyi)

Əhəmiyyətli miqdarda alkoqol qəbul etməyən insanlarda (kişilərdə <30 q, qadınlarda <20 q spirt) qaraciyər yağlanmasına alkoqolsuz yağlı qaraciyər deyilir. Bu xəstəlik yavaş-yavaş inkişaf edir. Əvvəlcə piy yığan qaraciyər böyüyür, sonra isə iltihab yaranır. Bu proses illərlə davam edərsə, qaraciyərdə zədələnmiş toxuma əmələ gəlir və nəticədə sirroz yaranır. Bu səbəbdən qaraciyərin yağlanması təhlükəli bir vəziyyət hesab olunur. Hazırda inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə qaraciyərin piylənməsi serroz və qaraciyər transplantasiyasının əsas səbəbidir. Əslində, hepatit B-dən sonra qaraciyər xərçənginin ən böyük ikinci səbəbi olduğunu desək, yanılmarıq. Ölkəmizdə piylənmə, şəkərli diabet və qeyri-sağlam qidalanma vərdişlərinin artması ilə qaraciyər yağlanması halları da sürətlə artıb. Hesablamalar göstərir ki, hər dörd nəfərdən birində qaraciyər yağlanması, hər on nəfərdən birində isə ağır iltihablı qaraciyər yağlanması var. Bu səbəblə yağlı qaraciyər pəhrizinə əhəmiyyət verilməsi çox vacibdir

Bəs, necə bir qidalanma qaraciyərin yağlanmasına səbəb olur? Fruktoza meyvə şəkərinin bir növüdür və qaraciyərdə qlükozadan daha asan metabolizə olunur. Ancaq təbiətdə sərbəst fruktoza nadir hallarda olur. Sənaye inqilabı ilə şəkər istehsalı artdı. Bundan əlavə, son illərdə qarğıdalı siropundan alınan fruktoza bağırsaq keçiriciliyini artırır, iştahı artırır və insulin müqavimətini çoxaldır. Buna görə də qarğıdalı siropundan hazırlanan fruktozanı azaltmaq lazımdır. Qərb mətbəxi (fast-food, rahat yeməklər, zərif un və şəkər) yağ mübadiləsini pozur, həmçinin oksidləşmə nəticəsində hüceyrənin enerji istehsal edən komponentlərini məhv edir. Bu, hüceyrə daxilində yağ yığılmasına səbəb olur. Yağlı qaraciyər üçün qəbul edilmiş tibbi qidalanma müalicəsi protokolu olmasa da, mövcud məlumatlar həyat tərzini köklü dəyişməyi tövsiyə edir. Bu dəyişikliklər aşağıdakılardır:

  • Çəkili və obez insanlarda bədən çəkisinin tədricən azaldıması,
  • Qan yağlarının normal səviyyədə saxlanması və qarın nahiyəsində piylərin azaldılması,
  • Yüksək glisemik indeksə malik qidalardan uzaq durmaq,
  • Sadə şəkər istifadəsindən imtina (qənd və s.),
  • Ümumi və doymuş yağ qəbulunun azaldılması (heyvan yağlarından imtina) və pəhrizdə lif, zeytun yağı və balıq yağı kimi faydalı qidalardan istifadəni artırmaq.
  • Hərəkətliliyin artırılması və məşq.

Bu həyat tərzi dəyişiklikləri yağlı qaraciyər xəstəliyinin müalicəsində böyük rol oynayır. 

Qaraciyər sirrozu zamanı qidalanma necə olmalıdır?

Sirroz xəstələri üçün qidalanma, eləcə də yağlı qaraciyər üçün pəhriz proqramının necə olması daim insanların maraq dairəsindədir. Sirroz, qaraciyərin ciddi zərər görməsindən sonra öhdəliyini yerinə yetirə bilməməsi, qaraciyər qan dövranındakı damarlarda təzyiqin artması nəticəsində xüsusilə də yemək borusunda damar baloncuqlarının əmələ gəlməsidir.  Sirrozlu xəstələrdə xüsusilə bağırsaq bakteriyaları tərəfindən heyvan zülallarının ammonyak və digər zəhərli maddələrə çevrilməsi nəticəsində qaraciyər ensefalopatiyası adlanan şüurun təsadüfi pozulması müşahidə olunur. Bundan əlavə, sirrozlu xəstələrdə əzələ və sümük itkisi daha sürətlə baş verir. Əzələ itkisinin dayandırılması xəstələrin ömrünü uzada bilər. Buna görə də qidalanma çox vacibdir.

Qaraciyər pəhrizində proteinin çox miqdarda azaldılması yanlışdır və əzələ itkisini artıra bilər. Bu səbəblə xəstələrə amin turşularını istehlak etmələri tövsiyə olunur. Bu amin turşuları adətən zülal ilə zəngin olan paxlalı bitkilərdə olur. Qaraciyər qan şəkərinin sabit qalmasını təmin edir. Sağlam insan uzun müddət ac qala bilər, çünki qaraciyər aclıq zamanı saxladığı şəkəri qana buraxır və qanda şəkərin azalmasının qarşısını alır. Lakin sirrozlu xəstələrdə qaraciyərin zədələnməsi səbəbilə uzun müddətli aclıq qanda şəkərin ciddi şəkildə düşməsinə və hətta beyin funksiyalarının pisləşməsinə səbəb ola bilər. Buna görə də, bu xəstələrə tez-tez qəlyanaltılar qəbul etmələri və tərkibində bol karbohidrat olan nişasta və qarğıdalı istehlak etmələri tövsiyə olunur.

Bəs sirroz xəstələri nə yeməməlidir?

Sirroz xəstələri ümumiyyətlə həddindən artıq duzlu, yağlı və işlənmiş qidalardan uzaq durmalıdırlar. Duz orqanizmdə suyun tutulmasına səbəb ola bilər ki, bu da serroz xəstələrinin üzləşdiyi fəsadları artıra bilər. Yağlı və işlənmiş qidalar qaraciyərin normal fəaliyyətini çətinləşdirə bilər. Alkoqoldan tamamilə imtina etmək çox vacibdir, çünki spirt qaraciyər hüceyrələrinə zərər verir və serrozu pisləşdirir. Qızardılmış yeməklər, qırmızı ət, şəkərli içkilər və desertlər kimi yüksək kalorili qidalar da serroz xəstələri üçün uyğun deyil. Bunun əvəzinə taxıllar, meyvələr, tərəvəzlər və yağsız proteinə sahib sağlam qidalara üstünlük verilməlidir. Bununla belə, hər bir xəstə üçün ən yaxşı pəhriz planını müəyyən etmək üçün bir dietoloq və ya həkimlə məsləhətləşmək lazımdır.

Probiotiklər və xroniki qaraciyər xəstəliyinin qidalanma prosesində onların əhəmiyyəti

Probiyotikləri faydalı mikroorqanizmlər hesab etmək olar. Bağırsaqlarımızda trilyonlarla bakteriya var və onların balansı sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. Qaraciyər xəstəliyi olan insanlarda bu tarazlığın pozulduğu müşahidə edilir. Yuxarıda qeyd etdiyimiz qidalanma üsulu ilə bağırsaq bakterial tarazlığımızı tənzimləmək mümkündür, lakin bəzən probiyotik adlanan faydalı bakterial əlavələr qəbul etmək də faydalı ola bilər. Bəzi araşdırmalar serroz və xüsusilə yağlı qaraciyər xəstəliyi kimi xəstəliklərdə probiotiklərdən istifadənin üstünlüklərinin olduğunu göstərmişdir. Lakin qaraciyər xəstələri yalnız həkim tövsiyəsi ilə probiotiklərdən istifadə etməlidirlər.

Son olaraq deyə bilərik ki,  xroniki qaraciyər xəstəliyi üçün ən ideal pəhriz Aralıq dənizi pəhrizidir. Bundan əlavə, maya məhsullarının istehlakı da diqqətdən kənarda qalmamalıdır. Yağlı qaraciyər xəstəliyində bədən çəkisinin 10%-i itirilməlidir, lakin bu çəki əsasən yağ tərkibli olmalıdır və əzələ toxuması qorunmalıdır. Sirroz xəstələrinin lazımsız pəhrizlərdən uzaq durmaları, protein qəbulunu məhdudlaşdırmamaları, bitki mənşəli zülallara müraciət etmələri vacibdir. Həkim və mütəxəssis dietoloqdan başqa heç bir pəhriz və ya bitki mənşəli məhsul tövsiyəsinə  etibar edilməməlidir.