Qastroezofageal refleks xəstəliyi (QERX) mədə möhtəviyyatının qida borusuna geri qayıdaraq qida borusunda xəstəlik əmələ gətirməsidir. Nəticədə sida borusunda ezofagit, eroziyalar, xoralar, qanaxma, darlıqlar ola bilir.

QERX əsas əlamətləri döş sümüyü arxasında ağrı, yanma, qidanın ağıza qayıtmasıdır. Digər simptomlar mədə nahiyəsində ağrı, udqunma problemləri, ürəkbulanma, qusma, boğaz ağrısı, xırıltılı səs, səbəbi bilinməyən öskürəkdir.

QERX müalicəsində mədə və qida borusundakı turşuluğu azaltmak məqsədilə antiasid dərmanlar və PPİlar istifadə olunur. QERXdən qorunmaq üçün artık çəki varsa arıqlamaq, siqaret çəkməmək, spirtli içki içməmək, qida qəbulundan sonra ən az 2-3 saat uzanmamaq, simptomları artıran qidalardan (qazlı içkilər, acı, ədviyyatlı qidalar, qəhvə, şokolad və s.) uzaq durmaq, qarın nahiyəsini sıxan geyimlər geyinməmək məsləhət görülür.

Şikayətlər uzun müddət davam edərsə, udqunma zamanı ağrı və qidanın keçməməsi olarsa, döş qəfəsində ağrı, arıqlama olarsa, qanlı qusma, qapqara nəcis ifrazı olarsa həkimə müraciət etməyiniz tövsiyyə olunur.

Leave a Reply

Your email address will not be published.