Gastrit mədənin selikli qişasının (mədənin daxili qatı) iltihabına deyilir.

H.Pylori infeksiyası, ağrıkəsici dərmanlar, spirtli içkilər və digər faktorlar qastritə səbəb olur.
Qastritin simptomları nələrdir?

-Üst qarın nahiyəsində ağrı
-Qarında köp
-Erkən doyma hissi
-İştahın azalması
-Ürəkbulanma və qusma
-Qanlı qusma, qapqara nəcis ifrazı
-Halsızlıq və yorğunluq (anemiyaya bağlı)

Ancaq şiddətli qarın ağrısı, arıqlama, qanlı qusma kimi simptomlar olarsa vaat itirmədən mütləq həkimə müraciət olunmalıdır.

Diaqnostikası

Qastritin diaqnozu adətən xəstənin şikayətləri və xəstənin müayinəsinə əsasən qoyulur. Ancaq diaqnozu dəqiqləşdirmək üçün üst QİS endoskopiyaya ehtiyac duyulur.
Qastritin müalicəsində antibiotiklər, antiasid dərmanlar, H2 – histamin blokatorları, PPİ`lar istifadə olunur.

Leave a Reply

Your email address will not be published.