Mədə polipləri nədir?Mədə polipləri mədənin daxili qatında əmələ gələn kiçik törəmələrdir. Çox zaman hiç bir simptom verməzlər və hər hansı başqa səbəb icra olunan üst QİS endoskopiyası zamanı aşkar edilirlər. Çoxunun heç bir riski olmasa da bəziləri mədə xərçənginə çevrilə biləcəyi üçün doğru diaqnostika və müalicə lazımdır.
Mədə poliplərinə nə səbəb olur?
H.Pylori infeksiyası, mədə xorası, proton pompası inhibitoru (PPİ) dərmanları istifadə edən xəstələrdə mədə polipləri ola bilir. Eyni zamanda bəzi genetik faktorlar mədə polipləri əmələ gəlməsində rol oynayır.
Mədə poliplərinin əlamətləri nələrdir?
Mədə polipləri vox vagt her bir simptom və əlamət göstərmir. Anca nadir hallarda və əgər polipin ölçüsü böyükdürsə qarın ağrısı, ürəkbulanma, qusma kimi əlamətlərlə özünü göstərir.
Mədə polipləri necə müalicə edilir?
Endoskopik müayinə zamanı polip aşkarlanırsa xromoendoskopiya (boyalı endoskopiya) və maqnifiyə endoskopiya (böyütməli endoskopiya) vasitəsilə polipin xarakteri, növü, xərşəngə çevrilmə ehtimalı müəyyən edilir. Ehtiyac olursa polipdən biopsiya alınaraq patohistiolojik müayinəyə göndərilir. Bütün bu dəyərləndirmələr nəticəsində xərçəngə çevrilmə ehtimalı olan polip ölçüsündən asılı olaraq sadə polipektomiya, endoskopik mukozal rezeksiya (EMR), endoskopik submukozal disseksiya (ESD) üsulları ilə kəsilib xaric edilir. Çıxarılan material polipin tam çıxaıldığını, xarakterini öyrənmək və gələcəkdə xəstənin necə izlənməsinə qərar verə bilmək üçün patohistoloji müayinəyə göndərilir.
Mədə poliplərinin müalicəsində dərman vasitələrinin yeri yoxdur.