Hepatit B qaraciyərə təsir edən və Hepatit B virusunun törətdiyi ciddi xəstəlikdir. Bu virus qan, cinsi əlaqə və bədən mayeləri ilə sıx təmasda olur. Hepatit B doğuş zamanı anadan körpəyə keçə bilər.
Hepatit hərfi mənada qaraciyərin iltihabı deməkdir. Bəzi hepatit növləri ciddi problem yaratmadan öz-özünə keçib getdiyi halda, digərləri uzun müddətli (xroniki) olub qaraciyərdə yara toxuması yaradaraq, sirroz, qaraciyər funksiyasının itirilməsi, bəzi hallarda isə qaraciyər xərçənginə səbəb olur.
Müalicə edilmədikdə, sirroz və qaraciyər xərçəngi riski var. Bu vəziyyətdə qaraciyər transplantasiyası gündəmə gələ bilər.. Bu səbəblə müəyyən dövrlərdə qan yoxlamalarının aparılması vacibdir.
Hepatit B-nin ötürülmə yolları arasında qan təması mühüm yer tutur. Bu səbəbdən tatu-manikür kimi qan təması ola biləcək prosedurlarda diqqətli olmaq çox vacibdir. Bundan əlavə, səhiyyə işçilərinin (xəstəliyi ötürmə riski çox olanlar) peyvənd edilməsi böyük əhəmiyyət kəsb edir.
Hepatit B-nin növləri hansılardır?
Bu xəstəliy yüngül və xroniki olaraq ikiyə bölünür. Yüngül Hepatit B xəstəliyi virusa məruz qaldıqdan sonra ilk 6 ay ərzində baş verir və aşağıdakı şikayətlərə səbəb olan qısamüddətli xəstəlikdir:
- Qızdırma, yorğunluq, iştahsızlıq, ürəkbulanma və/və ya qusma
- Sarılıq (sarı dəri və ya göz rəngi, tünd sidik, gil rəngli nəcis)
- Əzələ, oynaq və mədə ağrısı
Xroniki hepatit B infeksiyalarının əksəriyyəti sağalır, lakin onların təxminən 0,1%-i ölümlə nəticələnə bilən “fulminant hepatit” adlanan qəfil başlayan və sürətlə inkişaf edən qaraciyər çatışmazlığını inkişaf etdirir.
Yeni doğulan körpələrdə kəskin infeksiyasının xroniki hala keçmə nisbəti 90% civarında olduğu halda, yaşla azalır və yetkinlik dövründə 1-5% arasında qalır.
Hepatit B virusu xarici mühitdə bir həftə yaşaya bilir və Hepatit C-dən 10 dəfə, HİV-dən isə 100 dəfə daha yoluxucudur.
Bundan əlavə, bu virusa yoluxmuş analardan doğulan uşaqlar xüsusilə mühüm risk qrupunu təşkil edir. Bu səbəbdən uşaqlar doğulduğu andan peyvənd edilməlidir.
Peyvənd ömürlük qoruma təmin etsə də, yüksək risk qrupuna daxil olan şəxslərə daha əvvəl peyvənd edilmiş olsalar belə, gücləndirici dozanın verilməsi tövsiyə olunur.
Ana südü ilə qidalanan körpələr doğuşdan dərhal sonra tətbiq olunan immunoprofilaktika (hepatit B immunoqlobulin və peyvənd) vasitəsilə infeksiyadan qorunur.
Kimlər peyvənd edilməlidir?
Hepatit B peyvəndi, hepatit B virusuna yoluxma riski olan peyvənd edilməmiş yetkinlərə tövsiyə olunur. Bu qruplar;
- Yüksək riskli iş sahələrində çalışan işçilər
- Cinsi partnyorları Hepatit B olan insanlar
- Çox partnyorlu insanlar
- İynələri, şprisləri və ya digər inyeksiya vasitələrini paylaşan insanlar
- Virusua yoluxmuş şəxslə məişət təması olan insanlar
- Qan və ya bədən mayelərinə məruz qalma riski olan səhiyyə və ictimai təhlükəsizlik işçiləri
- Cəzaçəkmə müəssisələrində olan şəxslər
- Hepatit B-nin yüksək olduğu bölgələrə səyahət edənlər
- Xroniki qaraciyər xəstəliyi, böyrək xəstəliyi, HİV infeksiyası və ya diabetli insanlar.
Hepatit B peyvəndinin digər peyvəndlərlə eyni vaxtda aparılmasının bir zərəri yoxdur. Lakin əvvəllər peyvəndi almış və allergik reaksiyaları olan və ya peyvəndin tərkibindəki maddəyə qarşı allergiyası olan şəxslər peyvənd edilməməlidir.
Hepatit B cinsi əlaqə yolu ilə, xüsusilə qan və bədən mayeləri ilə ötürülən bir virusdur. İnsanlar virusu aşağıdakı yollarla tuta bilərlər:
- Doğuş zamanı anadan körpəyə keçməsi,
- İnfeksiya riskinə nəzarət edilməyən qan və qan məhsullarının transfuziyası,
- Ülgüc və ya diş fırçası kimi əşyaları yoluxmuş şəxslə paylaşmaq
- Yoluxmuş şəxsin qanı və ya açıq yaraları ilə təmasda olmaq,
- Yoluxmuş partnyorla qorunmayan cinsi əlaqədə olmaq
- İynələri, şprisləri və ya digər dərman inyeksiya materiallarını paylaşmaq
- İnfeksiya risklərinə nəzarət edilməyən hemodializ maşını ilə dializdən keçmək
- İti əşyalarla qana məruz qalma.
Bu virus tənəffüs yolları, su və ya qida mənbələri ilə ötürülmür. Virus qaraciyəri zədələməklə xəstəliyə səbəb olur. Bu zaman, heç bir əlamətə səbəb olmaya bilər.
Simptomları aşağıdakı şikayətlərlə özünü göstərir.
- Həddindən artıq yorğunluq
- Anoreksiya
- Göz ağlarının saralması
- Çəki itirmək
- Qarın şişməsi (qarın boşluğunda suyun yığılması səbəbindən)
- Ayaqlarda şiş
- Qanaxmanın dayandırılmasında çətinlik
- Qanlı qusma
- Baş və bədən ağrıları
- Bulantı və ya qusma
- İshal
- Tünd sidik
- Asan qanaxma və göyərmə
Qısamüddətli (yüngül) Hepatit B üçün adətən xüsusi müalicə tələb olunmur, lakin simptomları aradan qaldırmaq üçün dərmanlar verilə bilər. Uzunmüddətli (xroniki) hepatit B adətən virusu nəzarət altında saxlamaq üçün dərmanlarla müalicə olunur.
Dərman müalicəsinin məqsədi; virusun yayılmasını və bununla da virusun qaraciyərə zərərli təsirini minimuma endirməkdir.
Nələrə diqqət edilməlidir?
Hepatit B xəstələri və daşıyıcıları aşağıdakılara diqqət etməlidirlər:
- Müdafiəsiz cinsi əlaqədə olmayın.
- Diş fırçası, qayçı və ya ülgüc kimi qan daşıya bilən iynələri və ya digər alətləri başqa insanlarla paylaşmayın.
- İnfeksiyanın ötürülməsinin qarşısını almaq üçün birlikdə yaşadığınız insanların peyvənd olunduğundan əmin olun.
- Balanslaşdırılmış qidalanmaya diqqət yetirin (Hepatit B üçün xüsusi pəhriz yoxdur).
- Alkoqoldan çəkinin. Alkoqol qaraciyərin zədələnməsinin əsas səbəbidir.
- Uşağınızın peyvənd cədvəlini pozmayın
- Əgər uşaq sahibi olmağı planlaşdırırsınızsa, həkiminizlə məsləhətləşin. Hepatit B xəstələrinin və daşıyıcılarının sağlam uşaq sahibi olmaları mümkündür, lakin hamiləlik və doğuş zamanı bəzi ehtiyat tədbirlərinin görülməsinə ehtiyac ola bilər. Odur ki, əgər sizdə hepatit B varsa və ya daşıyıcısınızsa, həkiminizlə məsləhətləşmək və ona bu vəziyyəti bildirmək vacibdir.