Helikobakter Pylori infeksiyası insanın mədəsində iltihab əmələ gətirən bakteriyadır. H.Pylori bakteriyası insanın mədəsində və 12-barmaq bağırsağında ilk öncə qastrit, duodenit əmələ gətirən, müalicə olunmazsa mədə və 12-barmaq bağırsaq xorası və daha da ilərlərsə mədə xərçənginə qədər ilərləyən xəstəliyə səbəb olur.
Helikobakter Pylori`nin simptomları nələrdir?
- Üst qarın nahiyəsində ağrı
- Erkən doyma
- Ürəkbulanma və qusma
- Tünd rəngli və qara nəcis ifrazı
- Yorgunluk hissi
*Diaqnozu necə qoyulur? - Qan analizləri
- Nəfəs testi (Xüsusi maddə içildikdən nəfəs havasında o maddənin metabolitlərinin təyini)
- Nəcis analizi (Nəcisdə H.Pylori antigeni)
- Endoskopik üsulla biopsiya alınması
Kimlər test olunmalıdır? - Mədə vəya 12 barmaq bağırsağında xora olan,
- Xora geçmişi olan,
- Mədə xərçəngi olan,
- Ağrıkəsici dərman vəya aspirin istifadə edəcək olan xəstələr,
- Ailəsində H.Pylori infeksiyası olan xəstələr H.Pylori testi olunmalıdır.
H.Pylori necə müalicə olunur? - H.Pylori mədə koruyucu dərmanlar və antibotikli rejimlərlə müalicə olunur.