Çölyak xəstəliyi qlüten qəbulu sonrası nazik bağırsaqların daxili səthində zədələnmə və bunun nəticəsində bağırsaqlardan qidaların əmilməməsi və bunun da nəticəsində ürəkbulanma, qusma, qarın ağrısı, ishal kimi şikayətlərlə seyr edən xəstəlikdir. Qlüten əsasən buğda, arpa, çavdar və kətanda olur.
Çölyak xəstəliyinin əlamətləri
-Qarın ağrısı
-İshal
-İştahsızlıq
-Arıqlama
-Yağlı ishal
-Ürəkbulanma, qusma
-Pis qoxulu qaz ifrazı
-Qarında şişkinlik
-Dəridə səpgilər
-Uşaqlarda inkişafdan geri qalma
Kimlərdə çölyak xəstəliyindən şübhələnməli?
-Həftələrlə davam edən ishal,
-Uzun davam etməyən qəbizlik,
-Dişlərin rəngində sarı vəya qəhvəyi dəyişikliklər,
-Yaşına görə kiçik görünürsə,
-Gecikmiş pubertat (Yeniyetmə yaşı olmasına baxmayaraq yeniyetmə olmaması),
-Ailədə çölyak xəstəsi varsa.
Çölyak xəstəliyiyn diaqnozu necə qoyulur?
-Çölyak xəstəliyindən şübhə edilirsə ilk öncə qan analizləri baxılır. Çölyak xəstələrinin qanında xüsusi əks cisimlərə baxılır. Analizlərdə pozitiv cavab alınarsa diaqnozu dəqiqləşdirmək məqsədilə endoskopik müayinə icra edilir.
-Çölyak xəstəliyinin endoskopik diaqnostikası üst QİS endoskopiyası ilə aparılır. Endoskopik görüntüdə 12-barmaq bağırsaqda çatlamış torpaq görüntüsü, mukoza daraqlanma, mikroxovlarda silinmə izlənir. Diaqnozu dəqiqləşdirmək məqsədilə 12-barmaq bağırsaqdan biopsiyalar alınır.
Müalicəsi.
Çölyak xəstəliyinin əsas müalicəsi pəhrizdir. Tərkibinə qlüten olan qidalardan uzaq durmaq lazımdır.
-Qlutenli qidalar: Çörək, makaran, paketlənmiş qidalar, qida sousları, tortlar, xəmir yeməkləri, pivə və maltlı içkilər.
-Qlutensiz qidalar: düyü, qarğıdalı, kartof, qarabaşaq, soya, meyvə və tərəvəzlər.
Çölyak xəstələri qida rasionundan qluteni çıxardıqdan adətən 2 həftə sonra şikayətləri geçir və özlərini yaxşı hiss edirlər. Bu xəstələr ömür boyu qlütendən uzaq durmalıdırlar.