Oturaq həyat tərzi və hazır yeməklərlə qidalanma vərdişləri, ölkəmizdə və dünyada qastrit xəstəliyindən əziyyət çəkənlərin sayını artırır. Qastrit həyat keyfiyyətinə mənfi təsir göstərir.
Qastrit çox yayılmış bir xəstəlikdir
Qastrit xəstəliyi adətən döş qəfəsində yanma, ağıza acı maye gəlməsi, gecələr insanı oyandıran öskürək kimi şikayətlərə səbəb olur. Statistikaya görə demək olar ki, insanların 35%-də, yəni hər 3 nəfərdən birində qastritə rast gəlmək olar. Xəstəliyin diaqnozu anamnezi və endoskopik müayinələr nəticəsində qoyulur. Diaqnozda yemək borusuna nə qədər turşunun daxil olduğunu ölçən PH metr də istifadə olunur. Diaqnoz nəticələrinə görə müalicənin gedişatı planlaşdırılır.
Prioritet xəstəni təbii yollarla müalicə etməkdir
Həkimlərin adətən müraciət etdiyi əsas müalicə üsulu təbii yolla, dərmansız və mümkünsə heç bir invaziv müdaxilə olmamasıdır. Bu məqsədlə xəstəyə həyat tərzində, qidalanma vərdişlərində dəyişiklik etmək, varsa artıq çəkidən qurtulmaq üçün təkliflər verilir. Bu dəyişikliklər kömək etmədikdə, dərman müalicəsinə başlana bilər. Əsasən mədə turşusunu azaldan dərmanlardan istifadə olunur.
Qeyd etmək lazımdır ki, bu dərmanlar müəyyən müddət ərzində istifadə edilməlidir. Çünki uzun müddət istifadə edilən qastroprotektiv dərmanlar bəzi yan təsirlərə malikdir. İnsanlar mədə dərmanlarından istifadəni dayandırmağa çalışdıqda mədə normaldan 3-5 dəfə çox turşu ifraz etməyə başlayır, buna “rebound turşu ifrazı” deyilir. Bu, xəstənin əslində heç bir mədə problemi olmasa belə ağrı və s. hiss etməsinə səbəb olur.
Müalicə səbəbi tapmaqdan başlayır
Mədə problemlərinə əsas səbəbləri Helicobacter pylori adlı mədə bakteriyası və ya mədə ilə yemək borusunu birləşdirən qapaqda boşluq səbəb ola bilər. Bunun altında yatan səbəbi üzə çıxarmaq lazımdır. Xəstədə Helicobacter pylori bakteriyası varsa, antibiotik müalicəsi edilir, alkoqol və qəhvə istehlakı azaldılır, artıq çəki varsa, azaltmaq üçün pəhrizə yönəldilir.
Ancaq bəzi xəstələr davamlı olaraq dərman istifadə etməli ola bilər. Bu vəziyyətin ən çox görülən səbəbi yemək borusu və mədəni birləşdirən qapağın boşalmasıdır. Təəssüf ki, bu boşluqları dərman vasitəsi ilə düzəltmək mümkün deyil. Lakin son illərdə müdaxilə üsulları ilə (endoskopik və ya qeyri-cərrahi yolla) düzəldilə bilir. ARMA (Antireflux Mucozal Ablation) üsulu qastrit xəstəliyinin ən çox yayılmış müalicə üsullarından biridir.
ARMA metodu qeyri-cərrahi endoskopik prosedurdur
ARMA xəstənin gündəlik şikayətlərini aradan qaldıran qeyri-cərrahi, tam endoskopik üsuldur. Arqon plazma adlı cihazla yemək borusu və mədəni birləşdirən qapaqda səthi yanma prosesi tətbiq edilir. Bu səthi yanıq sahəsi yaxşılaşdıqca daralır və sağalır. Təxminən bir ay müddətində klapan sıxılır və tamamilə normallaşır. Bu, turşunun yuxarıya doğru çıxmasının qarşısını alır. Tətbiq prosesi çox asandır. Nəticəsi isə kifayət qədər uğurlu olur. Bu prosedurlar tam hüquqlu xəstəxanalarda mütəxəssis həkimlər tərəfindən aparılmalıdır.